Koka-Kola” şirkəti istehsal etdiyi qazlı içkilərə narkotik tərkibli marixuananın əlavə edilməsi ilə bağlı Kanada şirkəti “Aurora” ilə danışıqlara başlayıb.

Bu barədə “Röyter” agentliyi məlumat yayıb. Bildirilir ki, “Koka Kola” şirkəti marixuananın trixidrokannabinol (TGK) tərkibinə deyil, qeyri-psixoaktiv əsası olan kannabidiolanın (CBD) istifadəsinə yönələcək.

Qeyd edək ki, bu bəyanatdan sonra “Aurora” səhmləri 17 faiz, “Koka-Kola”nın səhmləri isə kiçik həcmdə çoxalıb.(axar.az)

Korrupsiya.Az

Paylaş