Abşeron rayonunda vəzifəli şəxslərin qanunsuz torpaq satmaları ilə bağlı daha bir biabırçı fakt ortaya çıxıb. Növbəti narazılıq Abşeron rayonu, Ceyranbatan qəsəbəsinin bələdiyyə sədri Cavanşir Zeynalovdandır. Paytaxt.org xəbər verir ki, qəsəbə sakinləri sədrin özbaşınalıq etdiyini deyir, onu korrupsiyada ittiham edir.

Beləki, Cavanşir Zeynalova qarşı əsas ittihamlardan biri qanunsuz torpaq alveri ilə bağlıdır. İddia olunar ki, sədr satışı dövlət tərəfindən qadağan olunan torpaqları yaxın qohumlarının adına rəsmiləşdirir, sonra isə onları imknlı şəxslərə sataraq sərvət toplayır. Bildirilir ki, bələdiyyə sədri 55 hektar torpaq sahəsini hərrac yolu ilə deyil bələdiyyə qərarı ilə satıb. İddialara görə qəsəbə qeydiyatı olan bir neçə sakin var ki, ancaq onların adına sənədləşdirilən həmin torpaq sahələri başqalarına verilərək qazanc mənbəyinə çevrilir.

Bundan başqa Cavanşir Zeynalovun ev tikmək istəyənlərdən 1000 AZN, sənədsiz torpaqlara görə 850 manat rüşvət istədiyi iddia olunur. Amma sədr bununla da kifayətlənmir. Qəsəbə sakinləri iddia edir ki, sədr kiçik ticarət köşklərindən hesab tələb edir. Buna subut olaraq 20 yanvar küçəsində, poçtun yanı adlanan kiçik ticarət obyektinin sahibindən 4-5 min alaraq həmin yerə qanunsuz olaraq bələdiyyə qərarı verib. Həmin obyektin bir hissəsi yola düşsədə bir neçə il qabaq bələdiyyə sərəncamı ilə satılıb. Şikayətçilər bildirir ki, bir tərəfi avtobus dayanacağına bir tərəfi isə yola düşən bu ticarət obeykti yolda gediş, gəlişi çətinləşdirir. Buda qəsəbədə tıxac yaranmasına səbəb olur. Maraqlıdır ki, bələdiyyə sədri qanunsuz əməllərinə icra başçısını da alət edir. Sakinlər bildirir ki, Cavanşir Zeynalov restoran, çayxana və digər iaşə obyektlərindən pul yığmağı ona icra başçısının və müavinlərinin tapşırdığını bildirərək məsuliyyəti öz boynundan atmağa çalışır.

Şikayətçilər həmçinin Ceyranbatanı ağuşuna alan zibilliklərdən, küçə yollarının bərbad olmasından və geçə işıqlanmasının olmasmasındandə bezdiklərini deyir. Bildirilir ki, bütün bunlar üçün pul yığılsa da, qəsəbədə bu problemlər həllini hələ də tapmayıb.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.teref.az

Paylaş