Ləğv edilmiş MTN ilə bağlı olan hal hazırkı dövlət quluqçuların siyahısında cinayətkar dəstəyə maddi və mənəvi dəstəyi olan Abşeron bələdiyyə sədri Siyənfər Əliyevin barəsində həqiqətləri əks etdirən məqalələr dərc edilib. Media üzərindən apardığımız araşdırma zamanı keçmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) ləğv edilməsindən sonra cinayətkar dəstəyə xidməti ilə digər xidmətçilərdən seçilən Masazır qəsəbə Bələdiyyə sədri Siyənfər Əliyev barəsində ilginc məlumatlara rast gəldik.
Masazır bələdiyyəsi morqa çevrilir?
Masazır bələdiyyəsində dəfələrlə qalmaqallı hadisələr baş verib. Bunlardan biri ilə bağlı cumhuriyyet.az xatırladır ki, bir neçə il bundan əvvəl Masazırda bələdiyyə üzvlərinin iclasında qan tökülüb. Bu yaxınlarda da Masazır bələdiyyəsindəki qarşıdurmaya həkim müdaxiləsi edilib. Bu il martın 7-də isə Masazır bələdiyyəsinin iclası zamanı bələdiyyənin vergi müfəttişi Hüseynov Ürfət Xansuvar oğlu naməlum səbəbdən insult keçirib. Təcili yardım maşını ilə Ak. Mirqasımov adına Respublika Klinik Xəstəxanasına çatdırılan bələdiyyə qulluqçusu bir müddət orda müalicə alsa da vəziyyəti stabilləşməyib. O, xəstəxanada olduğu müddətdə huşsuz olub, “müdir, mən çek vururam” sözlərindən başqa ifadələr işlətməyib. Ürfət Hüseynov bir neçə gün sonra vəfat edib. Məsələ ilə bağlı, cumhuriyyet.az bildirir ki, mətbuatda bələdiyyə qulluqçusunun Bələdiyyə sədri Siyanfər Əliyevlə arasında baş verən konflikt zamanı komaya düşməsi haqda məlumat yayılmışdı. Məsələ ilə bağlı mətbuata danışan Masazır bələdiyyəsinin sədri Siyanfər Əliyev Raqib Allahverdiyevin xəstəxanaya yerləşdirilməsini inkar edib: “Raqib Allahverdiyev səhər işə gəlməyib. Dünən onun qohumu rəhmətə getmişdi. Ürəyinə stend qoyublar onun, aparatla yaşayır. Bu adam xəstəxanaya getməməlidir ki?! O, mənim qayınımdır, mənimlə necə mübahisə edə bilər?! Bələdiyyədə kim xəstələnir, ölür, deyirlər ki, Siyanfər vurub öldürüb”.
Qarabağ əlilini vulkan üstünə göndərir, sonra da…
Masazır bələdiyyə sədri Siyanfər Əliyevin ikinci qrup Qarabağ əlili Valeh Əlifağaoğluna Masazır gölünün içərisində və ya vulkan yatağının yanında torpaq sahəsi təklif etməsi haqqında məlumat yayıb. Bununla bağlı cumhuriyyet.az bildirir ki, bələdiyyə sədri Masazırın bütün əlverişli torpaqlarını öz yaxın ətrafının və qohumlarının adına sənədləşdirir. Sonuncu dəfə isə qohumunun adına sənədləşdirdiyi torpağı 500 min manata satıb. Bu məsələ ilə də bağlı Siyanfər Əliyev bildirib ki, ona müraciət edən V.Əlifağaoğlu II qrup Qarabağ əlili olması barədə heç nə deməyib. “Sadəcə yanıma gəlib torpaq istədi, ona boş qalan torpaq sahələrini göstərib dedim ki, xoşuna gəlirsə, ərizə yaz, şəxsiyyət vəsiqəni gətir, oradan sənə torpaq verək”, – deyə o bildirib. Təklif etdiyi torpağın təhlükəli ərazidə olması barədə ittihamlara isə Z.Əliyev bildirib ki. başqa boş sahə yoxdur.
Gözü doymur, zibil qutusunun yerini də satır
Masazır bələdiyyəsinin sədri Siyanfər Əliyev məişət tullantılarının yığıldığı qutuların yerini satıb. Bu barədə Şıxəli Qurbanov küçəsində yaşayan sakinlər danışıblar. Onlar bildiriblər ki, həmin ərazi Masazırdakı Ə.Vahid adına orta məktəbin yaxınlığında yerləşir və bələdiyyə sədri adıçəkilən torpaq sahəsinin sotunu 25 min manata satıb. Siyanfər Əliyev zibil qutularının yerinə sahib olan şəxsə oranı tez bir zamanda hasarlayaraq rəngləməsini tapşırıb.
Bələdiyyə üzvləri etiraza qalxıb
Hazırki proseslər göstərir ki, Masazır bələdiyyəsinin üzvləri artıq belə bir durumla barışmaq istəmirlər. Bələdiyyə daxilindəki mənbənin cumhuriyyet.az-a bildirdiyinə görə, S.Əliyevin uzun illər qəsəbədə əldə etdiyi imkanlardan indi bələdiyyə üzvləri pay istəyir: “Masazır ərazisində Siyanfər əliyevə məxsus xeyli sayda torpaq sahələri var. Qəsəbənin müxtəlif yerlərində olan bu torpaqlar maraqlı bir vasitə ilə nişanlanıb. Belə ki, bələdiyyə sədrinin torpaqlarının hamısı üç daş üzərində hasara alınıb.”
Digər etibalı mənbənin verdiyi məlumata görə, Masazır bəlidiyyəsinin sədrinin iki peçatı var. Birindən icra başçısını və aidiyyatı qurumların xəbəri var, digərini isə bələdiyyə sədri gizli saxlayır və qanunsuz işlərinin ara-sıra ikinci peçatla həyata keçirir. Bütün bu proseslər isə artıq bələdiyyə üzvlərini təngə gətirib. Cumhuriyyet.az-a verilən məlumata görə, 9-nəfər bələdiyyə üzvü, Sədrin müavinləri Söhbət Məmmədov və Maşallah Abışov da daxil olmaqla olmaqla bələdiyyə sədri Ziyanfər Əliyevin qanunsuz əməllərindən bezib etimadsızlıq ərizəsini Ədliyyə Nazirliyi Bələdiyyələrlə iş mərkəzinə göndəriblər. Aşağıda surətini təqdim etdiyimiz ərizənin bir surəti də Abşeron rayon icra hakimiyyətinə göndərilib. Ancaq maraqlıdır ki, konkret faktların yer aldığı bu müraciətə heç bir rəsmi dairədən reaksiya verilməyib. S.Əliyev isə açıq şəkildə “hər kəsin haqqını vermişəm” deyə meydan sulayır.