Səfər Mehdiyev özünü DGK sədri postunda çox narahat hiss edir və onunla bağlı hər an gediş qərarı verilə bilər. Bu barədə DİA.AZ-a son günlər Dövlət Gömrük Komitəsi daxilində cərəyan edən olaylarla bağlı məlumat verən mənbə iddia edir.

Mənbənin dia.az-a söylədikləri: “Səfər Mehdiyev ola bilsin ki, DGK sədri postundan uzaqlaşdırılsın. Belə bir qərarın müzakirəsi gedir. Çünki buraxdığı yanlışlıqlar var və artıq həmin yanlışlıqlar o qədərdir ki, “yuxarılar” da düşünməyə vadar olub”.

Qeyd edək ki, gəzən söhbətlərə görə, DGK-da yüksək çinli vəzifəlilərdən biri ilə Səfər Mehdiyev arasında ciddi toqquşma var. Bu barədə geniş bilgilərimiz olacaq. Bizi izləyin.

İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq…

Paylaş