Ucar rayon sakinləri Siam.az saytına şikayət ərizəsi göndərmişlər.Həmin ərizəni təqdim edirik:   
Ucar Aqro servisin müdiri Nazir Şükürov vəzifə səlahiyyətindən sui-istifadə edərək korrupsiya əməlləri ilə məşğul olur. Ucar Aqro servisin müdiri Nazir Şükürov bizdən lizinq pulunu alıb xərcləmiş banka ödəməmişdir.Həmin pulun ödəniş qəbzini istəsəkdə indiyə qədər bizə qəbzi verməmişdi.
Biz uzun müddətdir ki, Ucar Aqro servizdən lizinq yolu ilə kənd təsərrüfatı teknikası götürüb işlədirik və vaxtlı-vaxtında pulumuzu ödəyirik.Bizm uzun müdət kənd təsərrüfatı texnikalarının təcrübəli sürücü olmağımıza baxmayarq Nazir Şükürov bu il gələn yeni taxıl biçən kombaynları rüşvət alıb təcrübəsiz naşı sürücülərə vermişdi.Hansı ki, həmin kombaynlar təcrübəli sürücü olduğumuz üçün bizə verilməli idi. Kənd Təsərrüfatı Naziri cənab İnam Kərimovun özünün şəxsən göstərişi var ki, yeni texnikaları naşı işçilərə verməyin təcrübəli mexanizatorlara verin.Çünki naşı müxanizatorlar həmin yeni bahalı texnikaları tez sıradan çıxarıb xarab edirlər.Ancaq Ucar Aqro servizin müdiri Nazir Şükürov nazir İnam Kərimovun tapşırığına yox öz cibinin maraqlarına işləyir.
Qeyd edək ki, Ucar Aqro servizin müdiri Nazir Şükürovun Bakı şəhərində marşurut xəttində işləyən çoxlu sayda avtobusları var.01 oktyabr 2018-ci il tarixdə qatarla toqquşan avtobus Nazir Şükürova məxsus olub. Həmin qəza zamanı 1 nəfər azyaşlı ölmüş, 34 nəfər isə yaralanmışdı. Nazir Şükürovun iki oğlu Tural və Orxan rüşvət gücünə hərbi xidmətə getməyiblər.Guya onla xəstədirlər. Ancaq onlar tam sağlam və hərbi xidmətə tam yararlıdırlar.
Ucar Aqro servizin müdiri Nazir Şükürov ondan narazılıq edən işçiləri hədələyib deyir ki, “hara istəyirsiniz şikayət edin.o boyda avtoqəzada bir nəfər öldü və çoxlu insan yaralandı bizə heç nə etmədilər indi sizin şikayət ərizənizlə mənə nə edəcəklər ki.  Mən yaxın günlərdə Ucar Pambıq Emalı Məntəqəsinə direktor vəzifəsinə təyin ediləcəm”. Qeyd edək ki, Ucar Pambıq Emalı Məntəqəsinin direktoru Həsən Şahverdiyevin 71 yaşı var. Onun tutduğu vəzifədən kənarlaşdırılacağı gözlənilir deyə Nazir Şükürov əlləşir ki, həmin vəzifəyə təyin edilsin.O, həttda bu barədə yaxın ətrafına danışıb ki, həmin vəzifənin qiymətini yuxarılara çatdırıb.
Nazir Şükürov dövlət idarəsində özbaşınalıq, saxtakarlıq yaratmışdır.Biz Nazir Şükürovun qanunsuz əməlləri barədə prezident cənab İlham Əliyevə, Mehriban xanım Əliyevaya, Prezidentin Aqrar siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri cənab Azər Əmiraslanova, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Naziri cənab İnam Kərimova və “Aqroliznq” ASC-nin sədr cənab Seymur Mövlayevə şikayət ərizələri ilə müraciətlər etmişik.
Xahiş edirik şikayət ərizəmizi bizim iştirakımızla yerində araşdırıb Ucar Aqro servisin müdiri Nazir Şükürovun barəsində ciddi tədbirlər görsünlər..
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.                                                                                                                                                                                                                  İmza;  Ucar Aqro servisin işçiləri
Ucar rayonu Yuxarı Şilyan kənd sakini Əhmədov Behbud Abbas oğlu (050) 424-38-99
Ucar rayonu Alpı kənd sakini Rüstəmov Mikayıl Əlisaab oğlu (050) 396-84-67                                                                          

Paylaş