Əvvəli (http://teref.az/manset/128023-bir-daha-derman-mafiyasi-haqqinda-v-yazi.html)
Məlum olduğu kimi, bir müddət əvvəl ölkəyə saxta dərmanlar gətirərək, tamah məqsədilə qabaqcadan bir qrup şəxslə əlbir olaraq, qanunsuz dərmanların dövriyyəsi ilə məşğul olan “Epidbiomed” və “Sanimed” firmalarının rəhbərləri barədə cinayət işi qaldırıldı.
Apardığımız araşdırmalar zamanı məlum olub ki, 2010-2017-ci illər ərzində “Epidbiomed” MMC xeyli sayda dövlət satınalmaları üzrə keçirilən müsabiqələrin qalibi olaraq, 29 müxtəlif rayon mərkəzi xəstəxanalarına, həmçinin başda Səhiyyə Nazirliyi olmaqla, müxtəlif nazirliklərə də dərman satışını həyata keçirib. Maraqlıdır ki, bu şirkət barədə elan olunan ittihama görə, “Epidbiomed” və “Sanimed” MMC-nin rəhbərləri müxtəlif şəxslərlə, tamah məqsədilə, qabaqcadan əlbir olaraq, daha çox gəlir əldə etmək məqsədi ilə 2011-ci ildən başlayaraq uzun müddət ərzində ölkəyə təqribən 1 milyon manatdan artıq dəyərində 19 adda orijinal dərman preparatlarından qiymətinə görə dəfələrlə baha olan ekvivalent dərman vasitələrini idxal ediblər.
Şirkətin əməkdaşları vasitəsilə dövlət və özəl müəssisələrdə çalışan 100-ə yaxın həkimlərlə razılaşıb müalicə üçün müraciət etmiş çoxsaylı xəstələrə yalnız həmin dərmanların və zərurət olduğundan daha çox həcmdə təyin olunması üçün onlara mütəmadi olaraq müxtəlif məbləğlərdə pullar verib və idxal etdiyi dərmanların bu cür qanunsuz yolla külli miqdarda satılmasına nail olublar. Bu hal öz növbəsində kütləvi surətdə vətəndaşların sağlamlığının qorunması, bərpası və xəstəliklərinin müalicəsi üçün keyfiyyətli və təhlükəsiz dərman vasitələri almaq hüquqlarını məhdudlaşdırmaqla onların qanunla qorunan mənafelərinə mühüm zərər vurub.
Şəmkir Mərkəzi Rayon Xəstəxanası
“Epidbiomed” MMC Şəmkir MRX-nin 2010-2012-ci illər ərzində həyata keçirdiyi dövlət satınalmalarında “dərman preparatları və sarğı materiallarının” satın alınması maddəsi üzrə 3 dəfə qalib elan olunub.
Belə ki, şirkət 2010-cu ildə 279325 (iki yüz yetmiş doqquz min üç yüz iyirmi beş) manat, 2011-ci ildə 279 325 (iki yüz yetmiş doqquz min üç yüz iyirmi beş) manat, 2012-ci ildə isə 292 922 (iki yüz doxsan iki min doqquz yüz iyirmi iki) manatdəyərində tenderlərin qalibi olub.
Bu illər ərzində “Epidbiomed” MMC ilə MRX-nın həyata keçirdiyi satınalmaların məbləği 851 572 (səkkiz yüz əlli bir beş yüz yetmiş iki) manat təşkil edib.
Şabran Mərkəzi Rayon Xəstəxanası
“Epidbiomed” MMC Şabran MRX-nin 2010-2012-ci illər ərzində həyata keçirdiyi dövlət satınalmalarında “dərman preparatlarının və sarğı materiallarının” satın alınması maddəsi üzrə 3 dəfə qalib elan olunub.
Belə ki, şirkət 2010-cu ildə 4 849 (dörd min səkkiz yüz qırx doqquz) manat, 2011-ci ildə 58 849,86 (əlli səkkiz min səkkiz yüz qırx doqquz manat, səksən altı qəpik) manat, 2012-ci ildə isə, 62 898,78 (altmış iki min səkkiz yüz doxsan səkkiz manat, yetmiş səkkiz qəpik) dəyərində tenderlərin qalibi olub.
Bu illər ərzində “Epidbiomed” MMC ilə Şabran MRX-nın həyata keçirdiyi satınalmaların məbləği 126 597,64 (yüz iyirmi altı min beş yüz doxsan yeddi manat, altmış dörd qəpik) manat təşkil edib.
Şamaxı Mərkəzi Rayon Xəstəxanası
“Epidbiomed” MMC Şamaxı MRX-nin 2013-cü ildə həyata keçirdiyi dövlət satınalmalarında “vaksinlərin və rentgen pyonkalarının” satın alınması maddəsi üzrə 1 dəfə qalib elan olunub.
Belə ki, şirkət 20 959,2 (iyirmi min doqquz yüz əlli doqquz manat, iyirmi qəpik) manat dəyərində tenderlərin qalibi olub.
Şirvan Mərkəzi Rayon Xəstəxanası
“Epidbiomed” MMC Şirvan MRX-nin 2011-2014-cü illər ərzində həyata keçirdiyi dövlət satınalmalarında “peyvənd və şprislərin”, “rentgen, flüoqrafiya, USM və EKO üçün lentlərin və dərmanların” satın alınması maddəsi üzrə 3 dəfə qalib elan olunub.
Belə ki, şirkət 2011-ci ildə 10 874 (on min səkkiz yüz yetmiş dörd) manat, 2013-cü ildə 10927 (on min doqquz yüz iyirmi yeddi) manat, 2014-cü ildə 17 601,3 (on yeddi min altı yüz bir manat, otuz qəpik) dəyərində tenderlərin qalibi olub.
Bu illər ərzində “Epidbiomed” MMC ilə Şirvan MRX-nın həyata keçirdiyi satınalmaların məbləği 39 402,3 (otuz doqquz min dörd yüz iki manat, otuz qəpik) manat təşkil edib.
Tərtər Mərkəzi Rayon Xəstəxanası
“Epidbiomed” MMC Tərtər MRX-nin 2012-2014-cü illər ərzində həyata keçirdiyi dövlət satınalmalarında “dərman preparatları və sarğı materiallarının” satın alınması maddəsi üzrə 4 dəfə qalib elan olunub.
Belə ki, şirkət 2012-ci ildə 114 002,9 (yüz on dörd min iki manat, doxsan qəpik) manat, 2013-cü ildə 238 501, 3 (iki yüz otuz səkkiz min beş yüz bir manat, otuz qəpik) manat, 2014-cü ildə isə 238 398, 96 (iki yüz otuz səkkiz min üç yüz doxsan səkkiz manat, doxsan altı qəpik) dəyərində tenderlərin qalibi olub.
Bu illər ərzində “Epidbiomed” MMC ilə Tərtər MRX-nın həyata keçirdiyi satınalmaların məbləği 590 903,16 (beş yüz doxsan doqquz yüz üç min, on altı qəpik) manat təşkil edib.
Ucar Mərkəzi Rayon Xəstəxanası
“Epidbiomed” MMC Ucar MRX-nin 2010-2014-cü illər ərzində həyata keçirdiyi dövlət satınalmalarında “dərman preparatları və sarğı materialları” satın alınması maddəsi üzrə 4 dəfə qalib elan olunub.
Belə ki, şirkət 2010-cu ildə 153 899,2 (yüz əlli üç min səkkiz yüz doxsan doqquz manat, iyirmi qəpik) manat, 2011-ci ildə 153 899,2 (yüz əlli üç min səkkiz yüz doxsan doqquz manat, iyirmi qəpik) manat, 2012-ci ildə 177 666 (yüz yetmiş yeddi min altı yüz altmış altı) manat, 2014-cü ildə isə 415 401,97 (dörd yüz on beş min dörd yüz bir manat, doxsan yeddi qəpik) manat dəyərində tenderlərin qalibi olub.
Bu illər ərzində “Epidbiomed” MMC ilə Ucar MRX-nın həyata keçirdiyi satınalmaların məbləği 900 866, 37 (doqquz yüz min səkkiz yüz altmış altı manat, otuz yeddi qəpik) manat təşkil edib.