Sumqayıt şəhərində ağaclar kütləvi şəkildə kəsilib.
Məlumatı jurnalist Natiq Cavadlı dünən yayıb. O bildirib ki, ərazidə ağacların “soyqırım”ı həyata keçirilir: “Şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov və Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevə səslənirəm, bu nə biabırçılıqdır?!”
Fakt şəhərin 45-ci məhəlləsindəki xəstəxananın arxasında qeydə alınıb.
Bu gun NUH.az-a daxil olan məlumata görə ağaclara qarşı “soyqırım”ı həyata keçiriən şəxs Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcovun bacısı oğlu Hüseyn Həsənovdur.
O, Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyində işləyir.
Bir müddət əvvəl Zakir Fərəcovun bacısının həyat yoldaşı, Sumqayıt Nəqliyyat MMC-nin müdiri Xannı Rüstəmovun adı külli miqdarda pulu yığıb ölkədən qaçmaqda hallandı.
Başçının digər bacısı oğlu Məhəmməd Həsənov Abşeron icra hakimiyyətində at oynadır.
Deyəsən həqiqiqətən də Zakir Fərəcovun bacısı uşaqları, qohum-əqrəbası Sumqayıta qənim kəsiliblər.