Rusiyanın xarici işlər naziri Sergey Lavrov yanvarın 26-da Moskvada iranlı həmkarı Məhəmməd Cavad Zəriflə görüşdə Qarabağ məsələsini müzakirə edəcək.

Korrupsiya.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) yaydığı məlumatda bildirilib.
Qeyd olunub ki, nazirlər Dağlıq Qarabağda vəziyyətlə yanaşı, İranın nüvə proqramı ilə bağlı Hərtərəfli Birgə Fəaliyyət Planı, Suriya, Əfqanıstan, Fars körfəzi zonasındakı durumu müzakirə edəcəklər.
Xatırladaq ki, Zərif regional səfəri çərçivəsində bu gün Bakıda olub. O, yanvarın 27-də İrəvana səfər edəcək.
Paylaş