Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarovun oğlu Nazim Xanlarovun İngiltərədə şirkətləri üzə çıxıb.

Korrupsiya.az-ın xəbərinə görə, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb.

İngiltərədə nəşr olunan rusdilli “Англия” qəzeti onu öz oxucularına “gənc biznesmen” kimi tanıdıb: “Valideynlərim məni 15 yaşımda İngiltərəyə göndərdilər”.  15 yaşlı Nazim Londondakı illik təhsil haqqı 15 min funt-sterlinq və ya 33 min manat olan Mander Portman Woodward kollecində 2 il oxuyub. Daha sonra o, Londondakı Regents Universitetində təhsil alıb. Burada illik təhsil haqqı (bura yaşam və digər xərclər aid deyil) 21 min funt sterlinq, yaxud 47 min manat təşkil edir. Təbii ki, Londonda təkcə təhsil haqları ümumilikdə 250 min manata çatan tələbə sıradan biri deyil və qəzetin onun atasının kimliyi barədə məlumatsız olan oxucuları üçün Nazimin “uğur tarixçəsi” qibtə doğura bilər.  Nazimin atası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarovdur. Cəbrayıl Xanlarovun babasının adını daşıyan Nazim 20 yaşında tələbə ikən Londondakı digər məmur balalarından geri qalmırdı və şirkətləri vardı.2014-cü ilin aprelində o, Slovakiyadan olan tələbə dostu David SKIRKANIC-i özünə ortaq seçərək İngiltərədə SHARK&SHARK LTD-ni təsis edib. Elə həmin ilin dekabrında Nazim Azərbaycandan olan digər dostu Javlonbek YULDASHEV ilə birlikdə Londonda FRIENDS AND BROTHERS LIMITED-i qeydiyyatdan keçirib. Şirkət Londonun zəngin məhəllələrindən olan Somali Road 34b ünvanındakı təmtəraqlı villada hüququ qeydiyyatdadır.

2015-ci ilin əvvəlində Nazım Əli adlı dostu  və Britaniya vətəndaşı Zorab Əfəndi ilə birlikdə Britaniyada üçüncü şirkətini qeydiyyatdan keçirir. O bu dəfə özünü xalça ticarətində sınayır. ALNAZO LİMİTED ortaqların adlarının (ALiNAzimZOrab) birləşməsini ifadə edir.

Nazimin Londondakı 4-cü şirkəti – SYNTAXIS GROUP LIMITED 2016-cı ildə təsis olunub. Bu şirkət meyvə şirələrinin, mineral suların və sərinləşdirici içkilərin topdan satışı ilə məşğul olub, FHN şefi Kəmaləddin Heydərova aid “Jalə” biznesinin Londondakı bir qoludur.

ALNAZO LİMİTED-in qeydiyyatda olduğu London, Spenlow Apartments 24, Wenlock Road ünvanı Britaniya mənbələrində Nazim Xanlarovun qeydiyyat ünvanı kimi də göstərilir. Bu mənzil 2014-cü ildə 642 funt-sterlinqə alınıb, 2017-ci ildə kirayəyə verilib, ötən ilin iyulundan 825 min funt-sterlinqə yenidən satışa çıxarılıb.

Əlbəttə, Londonda kolluğa baş vurmaq hər oğulun işi deyil, Nazim atasının tikintidə təhlükəsizliyə görə cavabdehlik daşıdığı vəzifəsinin hesabına Britaniyada qurduğu şirkətlərlə tezliklə vidalaşmalı oldu.

Cəbrayıl Xanlarov vaxtilə Gömrük Komitəsinin “Azərterminlakompleksdə” işləyib. Gömrük Xidməti mayoru olduğu bildirilir. FHN yaranandan sonra, 2005-ci ildən bu nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində rəisi vəzifəsinə təyin edilib.

2015-ci ildə dövlət başçısının göstərişi ilə Cəbrayıl Xanlarovun Bilgəhdəki 3 mərtəbəli nəhəng villası sökülmüşdü. Amma agentlik rəhbəri həyat yoldaşının adına olan imarəti (564 kv.metr) sonradan yenidən tikdirdi.

Qəbələnin Bum kəndində 1 hektarlıq ərazidə sahəsinə görə sökülən imarətindən geri qalmayan daha bir villa (541.22 kv.m.) Nazimin adına ucaldıldı.

Nazim Xanlarovun 18 yaşında Bakıda qurduğu animasiya şirkəti – PROSPER CARTON STUDİO isə İngiltərə, Hollandiya və Belçikaya kimi fəaliyyətini genişləndirib. Ən maraqlısı reklam və multiplikasiya biznesində Nazimin şirkətinin 3 milyon funt-sterlinqlik (!) büdcəyə sahib olmasıdır.

Cəbrayıl Xanlarov sürtgü yağlarının, filtrlərin və soyuducu mayelərin Azərbaycana əsas idxalçılarından biridir, ölkədə onun övladlarına məxsus biznesin əsas özəyini servis və yağlama mərkəzləri təşkil edir.

Bakıdakı MAYSON CAR CLUB avto-servis şəbəkəsi (mayson.az) Cəbrayıl Xanlarovun oğluna məxsusdur,  avtoklubun Bakı şəhərində 4 servis mərkəzi var.

Nobel prospekti, (Köhnə Volvo servis)

Yasamal ray, M.A.Şərifzadə 196 (Günəş petrolun yanı)

Nəsimi ray, Xəqani 49 (Landmarkın arxası)

Bakıxanov qəs, M.Fətəliyev (Arzu Şadlıq evinin yanı)

Digər avto-servis şəbəkəsi PYM Castrol (Peşəkər Yağlama Mərkəzi) adı altında fəaliyyət göstərir. Paytaxtın müxtəlif yerlərində 5 servis mərkəzi var.

PYM-1 Bakı şəhəri, M.Qaşqay 44 (inqilab).

PYM-2 Bakı şəhəri Şərifzadə 196 (Yasamal).

PYM-3 Gəncə şəhəri Ə.Mehmandarov 104/4.

PYM-4 Bakı şəhəri Z.Bünyadov 38 (Dərnəgül).

PYM -5. Bakı şəhəri, Ə Haqverdiyev 13 (İncəsənət Un-nin arxasi).

Cəbrayıl Xanlarovun oğlunun ingilis mətbuatına ağızdolusu danışdığı daha bir tamamilə fərqli biznes sahəsi xalçaçılıq bağlıdır. Söhbət Cəbrayıl Xanlarovun ailə biznesinə daxil olan “ZİLİ ART” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ eyniadlı xalça fabrikinin fəaliyyətini tənzimləyir. 4 il əvvəl təsis edilmiş MMC-nin qanuni təmsilçisi LAÇIN AĞAYEV ŞİRVAN OĞLU olsa da, şirkət Xanlarovlar ailəsinin üzvü olan Aydan Xanlarovaya məxsusdur.

Dövlət Agentliyinin rəhbəri özü isə hələ

2004-cü ildə təsis edilmiş “POLİ-TRANS” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİnin qanuni təmsilçisidir. Şirkət BAKI ŞƏHƏRİ SƏBAİL RAYONU, ƏLİ NƏZMİ, ev 62, m. 6 ünvanında hüquqi qeydiyyatdadır. Bu ünvanda Fövqəladə nallar naziri Kəmaləddin Heydərova məxsus “AZƏRİ STANDART” və “AZƏR KARQO” şirkətləri də hüquqi qeydiyyatdadır.

Cəbrayıl Xanlarovun oğlunun daha bir şirkəti – ANKER CREATIVE SOLUTIONS” Məhdud Masuliyyətli Cəmiyyətidir, şirkət marketinq və reklam bazarında fəaliyyət göstərir.
May be an image of 3 nəfər, people standing və kostyum
May be an image of 1 nəfər, standing və kostyum
May be an image of bunu deyən yazı "File Copy CERTIFICATE OF INCORPORATION OF A PRIVATE LIMITED COMPANY Company Number 10231573 The Registrar of Companies for England and Wales, hereby certifies that SYNTAXIS GROUP LIMITED this day incorporated under the Companies Act 2006 as private company, that the company limited by shares, and the situation of its registered office is n England and Wales Given at Companies House, Cardiff, on 14th June 2016 *N102315739* The above information communicated by electronic means and authenticated byt the Registrar ompanies under section 1115 Companies Act Companies House RORTIMA COMPUNTOS ENGLAND COMPANES"
May be an image of bunu deyən yazı "Company Director Type: Person Full for(): MR NAZIM Surname: KHANLAROV Former names: Service Address: 200 INNER CIRCLE REGENTS PARK LONDON UNITED KINGDOM NW1 4NS Country/State Usually Resident: UNITED KINGDOM Date of Birth: 27/04/1994 Occupation: CEO Nationality: AZERBAIJANI Consented1oAct:Y Consented Date thorised: 02/04/2014 Authenticated: YES Electronically Filed Document for Company Number: 08973637 Page:2"
May be an image of bunu deyən yazı ".ey Copy CERTIFICATE OF INCORPORATION OF A PRIVATE LIMITED COMPANY Company No. 8973637 The Registrar of Companies for England and Wales, hereby certifies that SHARK&SHARK LTD is this day incorporated under the Companies Act 2006 as private company, that the company limited by shares, and the situation of its registered office England and Wales Given at Companies House, Cardiff, on 2nd April 2014 *N08973637U* The above information was communicatedy electronic means and uthenticated ” under scetion 1115 ft he Companics Act 2006 the Registrar Companies House CORISTRANO COMFLEN ENGLAM MOWLE OFFIGIAL MS COMPANIES"
Şəkilin açıqlaması yoxdur.
May be an image of bunu deyən yazı "File Copy CERTIFICATE OF INCORPORATION OF A PRIVATE LIMITED COMPANY Company Number 9348870 The Registrar of Companies for England and Wales, hereby certifies that FRIENDS AND BROTHERS LIMITED this incorporated under the Companies 2006 as private company, that company limited by shares, and the situation of its registered office is England and Wales Given at Companies House, Cardiff, on 10th December 2014 *N09348870Q* The above information was communicated by clectronic mcans and authenticated by the Registrar under seetion 1115 of he ompanics 2006 Companies House CORNIMA caMnn TRCLAND"
Şəkilin açıqlaması yoxdur.
May be an image of bunu deyən yazı ".ey Copy CERTIFICATE OF INCORPORATION OF A PRIVATE LIMITED COMPANY Company Number 9418633 The Registrar of Companies for England and Wales, hereby certifies that ALNAZO LIMITED this day incorporated under the Companies Act 2006 as private company, that the company limited shares, and the situation of its registered office is in England and Wales Given at Companies House, Cardiff, on 3rd February 2015 *N09418633L* The above information was communicated by clectronio and authenticated by he Registrar fCompanics scetion 1115 he Companics Act 2006 Companies House PORITIMANO COMnLE"
May be an image of bunu deyən yazı "Company Director 2 Type: Person Full forename(s): MR NAZIM Surname: KHANLAROV Former names: Service Address: 34B SOMALI ROAD LONDON ENGLAND NW23RL CountrSta Usually Resident: ENGLAND Date (Birth: 27/04/1994 Occupation: STUDENT Nationality: AZERBALJAN Consented Act: Y Date authorised: 03/02/2015 Authenticated: YES Û for Document Number: 09418633 Page:3"
May be an image of açıq Havada
May be an image of 3 nəfər, günəş gözlüyü və mətn
May be an image of 1 nəfər, oturur və içəridə
May be an image of 1 nəfər və standing
May be an image of avtomobil
May be an image of bunu deyən yazı "Internet Vergi İDAROSİ Kommersiya qurumlarının dövlat reyestri malumatları haqqında Qurumun adından sonra taşkilati-hüquqi formanın adı yazılmamalıdır. Ad böyük harflarla yazılmalıdır. 1700016861 Ada göra axtanış VÕEN-a göra axtarış Yoxla Kommersiya qurumunun adı VÖEN Kommersiya qurumunun hüquqi saxslarn dövlat reyestrina daxil edilmiş malumatları Vergi uçotu Taşkilati- Hüquqi Nizamnama Maliyya orqanının adı forması hüquqi ünvanı kapitalı ili POLI-TRANS™ MOSULJYYOTL CAMİYYOTI Iqtisadiyyat Nazirlivi yanında Dovlat Hakı 1700016861 Qanuni tamsilçi Dövlat qeydiyyatına alındığı tarix SaHORi Mahdud masuliyyatli camiyyat Sahibkarlıqla uzra Baş darasi Reyestrdan dafa verilmiş çıxarışın tarixi RAYONU, 10.00 AZN NaZMI. ev 01.01 31.12 CABRAYIL XANLAROV OGLU 14.05.200"
May be an image of bunu deyən yazı "nternet Vergi İDAROSI Kommersiya qurumlarının dövlat reyestri malumatları haqqında adından taşkilati-huquqif yazılmamalıdır. böyük harflarla yazılmalıdır. 1305834621 Ada gora axtarış VOEN-) göra axtarış Yoxla Kommersiya qurumunun VÖEN adı Kommersiya qurumunun hüquqi şaxslarin dövlat reyestrina daxil edilmiş malumatları Vergi uçotu orqanının adı Taşkilati- Hüquqi Nizamnama hüquqi forması ünvanı kapitalı MAYSON CAR Mahdud Masuliyyatli Camiyyati Igtisadiyyat Nazırliyi Maliyya ili 305834621 Qanuni tamsilçi AZ1026, Xidmatinin Bakı Dövlat geydiyyatına alındığı tarix Mahdud masuliyyatli camiyyat Galirlar Baş Idarası Reyestrdan son dafa verilmiş çıxarışın tarixi 20.00 AZN RAYONU NOBEL, ev 139/140 01.01-31.12 BAĞIROV OĞLU 26.12.2018 18,03.2020"
May be an image of bunu deyən yazı "nternet Vergi İDAROSI Kommersiya qurumlarının dövlat reyestri malumatları haqqında adından aşkilati-hüqugi yazılmamalıdır. böyük yazılmalıdır. 1403985451 Ada göra axtariş VOEN-a gora axtarış Yoxla Kommersiya qurumunun adı VÃEN Kommersiya qurumunun hüquqi şaxslarin dövlat reyestrina daxil edilmiş malumatları Vergi uçotu orqanının adı Taşkilati- hüquqi forması Hüquqi ünvanı REATIVE SOLUTIONS" Nizamnama kapitalı Maliyya ili 1403985451 Qanuni tamsilçi Camiyyati AZ1009 sauapi Igtisadiyyat Nazirliyi yanında Vergi Kidmatinin Bakı okal Galirlar Baş Idarasi Dövlat qeydiyyatına alındığı tarix Reyestrdan son dafa verilmiş çıxarışın tarixi masuliyyatli camiyyat 10.00 AZN SULEYMAN RaHIMOV.e 1798 01.01 31.12 ZAUR BAGIROV 27.10.2017 27.10.2017"
May be an image of bunu deyən yazı "Malumatlandırma icraatı Tikinti obyektinin yerlaşdiyi ünvan Tikinti obyektinin tayinatı Qabala rayonu, Bum kandi Tikinti obyektinin sifarişçisi -2martabali fardi yaşayış evi Layihaçinin adı -Xanlarov Nazim Cabrayıl oğlu "ARXIN-M LTD' MMC Torpaq sahasi üzarinda mülkiyyet, icaro istifado huququnu tasdiq edon sanad Daşınmaz amlakın reystr nömrasi -DADRX qeydiyyat.N 1916000327 23.01.2016 №o №406013011328, Tikinti obyektinin asas texniki göstaricilari 23.01.2016 tikinti arazisi (ha) tikinti sahasi (m²) ümumi sahasi (m²) Layiha uzro yaşayış sahasi (m) 0.8 martaba sayı 362.56 Hündürlüyü (m) 541.22 255.68 Qeyd: Tikinti obyektinin layiha uzra osas texniki göstaricilarinin daqiqliyina gora masuliyyati sifariÈçi daşıyır. 2 6.55 Tikintilarin Dövlat reyestrindo qeydiyyata alınma tarixi 04.03.2019"
May be an image of bunu deyən yazı "Internet Vergi IDARASI Kommersiya qurumlarının dövlat reyestri malumatları haqqında Qurumun adından taşkilati-hüquqi formanın yazılmamalıdır. dböyükharflarlay yazılmalıdır. 1005106541 Ada göra axtarış VÕEN-9 gora axtariş Yoxla Kommersiya qurumunun adı VÃEN Kommersiya gurumunun hüquqi şaxslarin dövlat reyestrina daxil edilmiş malumatları Vergi uçotu orqanının adı Taşkilati- Hüquqi Nizamnama hüquqi forması ünvanı kapitalı "ZİLİ ART" MaHDUD MASULIYYATLI Maliyya ili Igtisadiyyat Nazirliyi yanında 1005106541 Qanuni tamsilçi AZ1117, Xidmatinin Bakı Kiçık Dövlat qeydiyyatına alındığı tarix Reyestrdan son dafa verilmiş çıxarışın tarixi masuliyyatli camiyyat uzra şaHaRi BiNAQADI RAYONU, BINAQADI SOSSESI.ev Idarasi 10.00 AZN 01.01-31.12 LAÇIN AGAYEV ŞIRVAN OGLU 08.12.2017 11.12.2017"
Şəkilin açıqlaması yoxdur.
May be an image of 1 nəfər, oturur, günəş gözlüyü və açıq Havada
May be an image of küçə və road
May be an image of açıq Havada
May be an image of açıq Havada
May be an image of açıq Havada və mətn

Paylaş