Daxili İşlər orqanlarında kadr dəyişikliyi olub.

Korrupsiya.az xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis polkovnik-leytenantı Zaur Qədirov Quba rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini vəzifəsindən azad olunub.

Nazirin digər əmri ilə, o, Suraxanı RPİ-nin ictimai təhlükəsizlik şöbəsinin rəisi vəzifəsinə təyinat alıb.(unikal.org)

Paylaş