Kiyev Donbasda “güc ssenarisi” nin tətbiqinə başlamağa demək olar ki, tamamilə hazırdır. Amma  Ukrayna hakimiyyəti hələlik gözləmə mövqeyindədir. Bunu separatçı “Donetsk Xalq Respublikası” Xarici İşlər Nazirliyi bəyan edib.
Korrupsiya.az-ın RİA.”Novosti”yə istinadla məlumatına görə, vəziyyətə “DXR” Xarici İşlər Nazirliyinin rəhbəri Natalya Nikonorova tərəfindən aydınlıq gətirilib.  Xatırladaq ki, “DXR”  Ukraynanın tanınmamış respublikanın ərazilərini getdikcə daha çox atəşə tutduğunu dəfələrlə bildirib.

“Donbasdakı vəziyyət ətrafındakı bu gərginləşmə Kiyev tərəfindən media müstəvisində ABŞ-dan hücum üçün icazə, bəlkə də dəstək istəmək üçün zəmin yaradılması üçün böyüdülür. Rəsmi Kiyev  daha çox silah, təlimatçı və təbii ki, maliyyə və inzibati yardım almaq istəyir” – deyə, Nikonorova qeyd edib.

Beləliklə, bu vəziyyətdə Vaşinqton Kiyevə ” rəhbərlik edə” bilər, bununçün bir neçə amil var”,- deyə Nikonorova vurğulayıb.

“ABŞ hücuma keçmək icazəsi verəcəkmi, dəstək olacaqmı? Zelenski ABŞ-dan bir növ  kart blanş alacağına, daha doğrusu, münaqişənin güc ssenarisinə uyğun olaraq həllinə, yaxud  bu həll yolunun qəbul edilməsinə icazə alacağına ümidlidir”,– deyə Nikanorova məsələyə öz münasibətini bildirib.

Selcan
Paylaş