Azərbaycanda saxlanılan əsirlərin doğmaları  İrəvan-Gümrü yolunu bağlayıb.
Korrupsiya.az news.am-a istinadla xəbər verir ki, Azərbaycanda saxlanılan əsirlərin doğmaları Orom kəndi yaxınlığındakı ərazidə İrəvan-Gümrü yolunu bağlayıblar. Məsələ ondadır ki, hakimiyyət bir gün əvvəl  bir qrup əsirin  geri döndüyünü təntənəli şəkildə elan etmişdi, amma xəbər yalan çıxdı.

Bəzi məlumatlara görə, əsirlərin əvəzinə Ermənistana Zəngəzur dəhlizinin inşasını  müzakirə etmək üçün Türkiyə-Azərbaycan nümayəndə heyəti gəlib.

Qohumlar əsirlərin  geri qayıtma tarixi barədə dəqiq məlumat verilənə qədər yolu açmayacaqlarını bəyan ediblər. Hazırda söhbət Şirak bölgəsinin 54 sakinindən gedir. Əslində isə əsirlərin sayı daha çoxdur.
Tərcümə Sfera.az
Paylaş