Azərbaycan Ermənistanın sərhədinin Sünik ərazisində sərhədin delimitasiyası zamanı yaranan mübahisənin həlli ilə bağlı danışıqlar prosesini Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandanı general-leytenant Rüstəm Muradov aparır.
Korrupsiya.az “sputnikarmenia”ya isitnadən xəbər verir ki, Sünikdə  Azərbaycanla danışıqlar prosesinə start verilib və danışıqları Rüstəm Muradov aparır.
Bu barədə Gorus icmasının rəhbərinin müavini Menua Ovsepyan məlumat verib.
Onun sözlərinə görə, mayın 14-də keçirilən danışıqlar nəticə vermədi və bu gün danışıqlar prosesi yenidən başlayıb.
O əlavə edib ki, qarşı tərəf (Azərbaycan nəzərdə tutulur – ölkə.az) Akner kəndinə irəliləməsi Gorusun birbaşa onların nəzarət etməsi deməkdir. Çünki elə bir yüksəklikdir ki, oradan şəhərə tam nəzarət etmək olur.
Paylaş