2020-ci il aprel ayının 14-də günorta Hacıqabul rayonu ərazisində xüsusi karantin rejiminin tətbiq olunması səbəbindən fəaliyyət göstərən iki stasionar postda yol hərəkəti qaydalarını kobud şəkildə pozan və xidməti vəzifəsini həyata keçirən zaman polis əməkdaşını avtomobillə vurub ona bədən xəsarəti yetirən sürücünün saxlanması barədə məlumat yayıldı.
Hadisəni törədən şəxsin Tərtər rayon sakini, 1984-cü il təvəllüdlü “Vəkiloğlu” MMC-də (Patron tumları) direktor müavini vəzifəsini daşıyan Məmmədov Elşad Malik oğlu olduğu məlum oldu.  O, idarə etdiyi “Mercedes” markalı, 10-00-018 dövlət nömrə nişanlı avtomobillə Bakı-Qazax avtomobil yolunun 60,5-ci kilometrliyində xüsusi karantin rejimi ilə əlaqədar qurulmuş stasionar postda xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşının “saxla” əmrinə tabe olmadan öz hərəkətini davam etdirmiş, bundan əlavə, həmin magistralın 113-cü kilometrliyindəki stasionar postda xidmət aparan digər polis əməkdaşlarının da “saxla” əmrinə məhəl qoymayıb və posta daxil olaraq xidməti vəzifəsini yerinə yetirən Şirvan rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı Mirzəli Mirzə Nofil oğlunu vurub ağır bədən xəsarətləri yetirdiyi bildirilirdi. ərtər rayon sakini, 1984-cü il təvəllüdlü “Vəkiloğlu” MMC-də (Patron tumları) direktor müavini vəzifəsini daşıyan Məmmədov Elşad Malik oğlu deyilənlərə görə saxlanılan zaman nazir Vilayət eyvazovu təhqir etmiş, və polisləri peşman edəcəyi ilə hədələdiyi də deyilirdi.

Elşad Məmmədov saxlanılarkən onun birlikdə olan və karantin rejiminin tələblərini  pozan daha iki sərnişin saxlanılmışdı. Yayılan məlumatlarda o da qeyd olunmuşdu ki, Elşad Məmmədov saxlanılarkən, o, Hacıqabul RPŞ-yə məxsus “Ford” markalı avtomobilin arxa şüşəsini sındırıb və baş verən olayla bağlı Hacıqabul rayon Prokurorluğu tərəfindən araşdırma işlərinə başlanılıb. Həmin hadisə ilə bağlı yayılan məlumatlar sırasında o da vardı ki, olayı jurnalist ictimailəşdirdikdən sonra, çox keçmədən postun komandiri jurnalistə zəng vurur və ona “tez çəkilişi çıxart, gəl görüşək, nə lazımdırsa hörmətini edərik” deyib. Bunu jurnalistin anası öz açıqlamasında bldirmişdi. Çəkilişi yayan jurnalist belə bir təklifə razı olmamış və ona görə də həmin günün səhəri, məhz onu polisə müqavimət adı altında həbs ediblər.

Maraqlıdır ki, indi – həmin məlum hadisədən bir il sonra Elşad Məmmədov azadlıqdadır. Belə çıxır ki, karantin rejimini pozmağın, öz xidməti vəzifəsini yerinə yetirən polisə itaətsizlik göstərməyin, üstəlik, onu maşınla vurmağın, dövlət əmlakına qəsdən zərər yetirməyin bədəli heç bir il azadlıqdan məhrum olma deyilmiş. Görəsən, “Patron” tumları firmasının sahibinin nəyi artıqdır ki, hüquq-mühafizə orqanları, məhkəmə fədakar polis əməkdaşını bu qədər ucuz tutub? Yəni «Patron» günəbaxan  tumlarının rəhbəri iş adamı Rəşad Məmmədov qardaşının yolunda bir neçə milyon xərcləyərək onu azadlığa qovuşdurub. Bununla yanaşı «Patron» günəbaxan  tumlarının rəhbəri iş adamı Rəşad Məmmədov həmçinin vergidən yayınaraq 2 milyon manatdan artıq vergi borcu olmasıda onun fəaliyyətində qara paraların olduğundan xəbər verib.
Bu məqamda “Bu şəhərdə” məzhəkə qrupunun tamaşa göstərdiyi bir epizod yada düşür: “Ağsaqqal” Rəfael (yaratdığı obraz) maşınla eşşək vurur. Onun “oğlu yaşında” DYP işçisi Coşqun (yaratdığı obraz) deyir: “Qudurufsan əə? Qıreyyssan camaatı? Özü də mən o eşşəyi görmüşəm. Sən eşşək vurmamısan ee, adam vurmusan! Eşşək nə eşşək?! Alagöz, almayanaq… Sana mən eşşək deyirəm ee, ay eşşək!”
P.S. «Patron» tumlarının direktor müavinin Elşad Məmmədovun belə tezliklə həbsdən çıxma səbəblərini öyrənmək üçün şirkətin direktoru olan qardaşı qardaşı Rəşad Məmmədova zəng etdik. Rəşad Məmmədov sualı eşidən kimi, «Bura Azərbaycandır, puluna minnət, siz də gedin neçə istəyirsiniz yazın»deyib telefonda qışqırmağa başladı.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq
Deryaz.az

Paylaş