Sabirabad rayonunun Zəngənə kəndində evin yanması nəticəsində ana və iki oğlu yanaraq ölüb.

Korrupsiya.az APA-ya istinadən xəbər verir ki, hazırda hadisə yerində hüquq-mühafizə orqanları araşdırma aparır.

Bunlar Sabirabad rayonunun Zəngənə kənd sakini, 1994-cü il təvəllüdlü Nağıyeva Şəbnəm Əfsər qızı, oğlanları 2009-cu il təvəllüdlü Nağıyev Xəyal Elmin oğlu və 2010-cu il təvəllüdlü Nağıyev Ceyhun Elmin oğludur.

Təfərrüatlar barədə əlavə məlumat veriləcək.

***

Korrupsiya.az-ın əldə etdiyi məlumata görə, Ş.Nağıyevanın həyat yoldaşı Elmin Nağıyev bir müddət öncə işləmək üşün Rusiyaya gedib. Ana və iki oğlu həmin evdə yaşayırmış.

Hadisə gecə saat 3 radələrinə baş verib

Paylaş