Baş Prokurorluq bir neçə rayon xəstəxanaları ilə bağlı araşdırmaya başlayıb.

Mətbuat xidmətindən Korrupsiya.az-a  verilən məlumata görə, Qida Təhlükəsizliyi Agentliyi tərəfindən TƏBİB-in tabeliyində fəaliyyət göstərən Saatlı, Hacıqabul, Göygöl, Samux, Biləsuvar və Lənkəran rayon xəstəxanalarında qida təhlükəsizliyi sahəsində texniki normativ-hüquqi aktların və xəstələrin qidalanmasının təşkili sahəsində tələblərin kobud şəkildə pozulması faktları aşkar olunduğundan toplanmış materiallar Baş Prokurorluğa təqdim edilib.

Həmin materiallar ərazi aidiyyəti üzrə müvafiq rayon prokurorluqlarına göndərilib.

Araşdırmanın tam, hərtərəfli və obyektiv aparılması təmin edilməklə nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Paylaş