Ermənistanın keçmiş baş prokuroru Aqvan Ovsepyan saxlanılıb.

Korrupsiya.az “Aysor”a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Xüsusi İstintaq Komitəsi məlumat yayıb.

Bildirilib ki, keçmiş baş prokuror dələduzluqda, rüşvətxorluqda, çirkli pulların yuyulmasında ittiham olunur.

A.Ovsepyan 2004-cü il martın 18-dən 2013-cü il sentyabrın 13-dək baş prokuror, 2014-cü il iyulun 18-dən 2018-ci il iyunun 11-dək Ermənistan Xüsusi İstintaq Komitəsinin sədri vəzifəsində işləyib.

Paylaş