Koronavirusun ilkin əlamətləri dəyişib.

Korrupsiya.az bildirir ki, bu istiqamətdə İngiltərədə araşdırma aparılıb. Belə ki,  COVİD-19-un simptomları kimi yüksək temperatur, titrəmə, davamlı öskürək, qoxu və dad itkisi və ya dəyişikliyi göstərilir.
Xəstəliyə yoluxanlarda əsas beş əlamətə rast gəlinsə də, digər əlamətlərin də müşahidə edildiyi qeyd edilib. Həmin simptomlar bunlardır: baş ağrısı, yorğunluq, boğaz ağrısı, yaddaş problemi, qaşınma, ağız və ya dildə görülən dəyişikliklər, barmaqların ağrıması və qızarması, nəfəs darlığı, ağciyərlərin ağrıması, əzələ ağrıları, səsin batması, ishal, iştahsızlıq, qarın ağrısı, burun axması, asqırmaq.
Mütəxəssislər qeyd edilən əlamətlərə sahib insanların vaksin vurdurub-vurdurmamasından asılı olmayaraq, test verməli olduqlarını bildirib.
Paylaş