Çin Tayvanla bağlı ABŞ-a xəbərdarlıq edib.

Korrupsiya.az bildirir ki, buna ABŞ-la Tayvan arasındakı gizli anlaşma səbəb olub. Belə ki, bir müddətdir Çinlə Tayvan arasındakı münasibətlər gərginləşməkdə davam edir. 1 oktyabrdan bu yana Çinə aid 149 döyüş təyyarəsi Tayvanın hava hücumundan müdafiə zonasına (ADİZ) girib. Tayvanın Müdafiə Naziri Chiu Go-Chen Çinlə hərbi gərginliyin son 40 ilin ən pis səviyyəsində olduğunu vurğulayıb. O, Çinin 2025-ci ilə qədər Tayvana qarşı “genişmiqyaslı” işğal həyata keçirmək gücünə malik olacağını söyləyib.
ABŞ isə rəsmi olaraq Tayvanı Çinin ayrılmaz bir hissəsi olaraq görsə də, onun statusunun gələcəkdə sülh yolu ilə müəyyən edilməsini istəyir və sözügedən ölkəyə Çinə qarşı müdafiə dəstəyi verir. Digər tərəfdən Çinin nüfuzlu “Global Times” nəşri iki ölkə arasındakı gizli razılaşmanın tərəfləri qarşıdurma həddinə gətirdiyini yazıb. Qəzet, Çin xalqının ABŞ-la müharibəyə hazır olduğunu və dəstəyə davam edərsə, Üçüncü Dünya Müharibəsinin çıxacağını qeyd edib.
Paylaş