İsrail rəhbərliyinin İranın nüvə obyektlərinə hücum qabiliyyətini artırmaq üçün 5 milyard yeni İsrail şekeli (təxminən 1,53 milyard dollar) ayırdığı iddia edilir.

Korrupsiya.az xəbər verir  ki, bu  barədə İsrailin “Kanal 12” televiziyası məlumat yayıb.

Məlumatda, yaradılan fondun 3 milyard şekelinin bu ilin büdcəsinə, 2 milyard şekelin gələn ilin büdcəsinə əlavə ediləcəyi açıqlanıb.

Bu fondun İranın nüvə obyektlərinə hücum qabiliyyətini artırmaq üçün təyyarələrə, kəşfiyyat toplanmasına və xüsusi silahlanmaya ayrılacağı irəli sürülüb.

Paylaş