İranda “Sepah” qərargahının komandanı Mehdi Mükərrəminin qətlə yetirilməsində İsrail höküməti tərəfində törədilməsi barədə bəzi xəbərlər dolaşmaqdadır. Bu suçlama İranın İsrailə qarşı etdiyi yüzlərlə ittihamdan biridir. Bəzi mənbələr bunun bir iddia deyil, həqiqət olduğunu qeyd edərək, tezliklə İranın İsrailin bu hərəkətinə cavab verməsini tələb edirlər.

İsrail isə…

“Biz elan edirik ki, İsrail terroristlərə qarşı mübarizəsini davam etdirir. İsrail ona qarşı vuruşanları hər zaman cəzalandırır. Dünyanın hansı yerində olursa-olsun, biz onları mütləq tapıb məhv edirik. Necə ki, nasistləri illər sonra tapıb məhv etdik”.

Bu sözləri Bizim.Media-ya özəl açıqlamasında israilli tarixçi, siyasi ekspert olan Mixael Finkel deyib. O, bildirib ki, İsrail höküməti hər zaman terrorçularla açıq şəkildə mübarizə aparıb.

Mehdi Mükərrəminin öldürülməsinə gəldikdə isə…

“İranda öldürülən “Sepah” qərargahının komandanının öldürülməsi haqqında bir onu deyə bilərəm ki, terrorçuluqla məşğul olmaq yaxşı fikir deyil. Xüsusilə qeyd etmək istəyirəm ki, hazırda İranda nüvə silahı layihəsində iştirak edən elm adamları da bunu terrorçu İran İslam Qvardiyası Korpusu üçün hazırlayırlar. Bu da sirr deyil ki, onlar bu silahı İsrail hökümətinə qarşı istifadə etmək üçün çalışırlar. Onlar bunu hər tədbirdə açıq şəkildə bütün dünyaya car çəkərək bildirirlər ki, ilk hazırlanan nüvə bombası İsrailə atılacaq. Mən Mükərrəminin ölümünün İsrail tərəfindən törədilməsi xəbərini nə inkar, nə də təsdiq edəcəm. Ancaq İsrailə qarşı düşmənçilik edən qüvvələr bilməlidirlər ki, biz onların hamısını cəzalandırırıq. Bu barədə yetərincə faktlar var”.

Ermənistan hər zaman İranın müttəfiqi olub…

Siyasi ekspert maraqlı bir faktı da diqqətə çatdırıb. O, qeyd edib ki, 2016-ci ildə Aprel döyüşlərində zamanı işğal altında olan Azərbaycan ərazisində vurulan İsrail PUA-sını ermənilər ilk olaraq İrana təhvil veriblər.

“Çünki İran İsrail pilotsuz uçan aparatlarının texnologiyasını, hazırlanma qaydasını öyrənmək istəyirdi. Ermənistan həmçinin İranın hərbi müttəfiqidir. Bu gün ermənilər tərəfindən İsrail kəşfiyyatının guya Azərbaycan ərazisində İrana qarşı hərbi əməliyyata hazırlaşması barədə yaydıqları xəbərlər onların qara xislətlərini bir daha ortaya qoyur. Bu gün Ermənistan bütün dünyanın sanksiyalar tətbiq etdikləri İranın əlaltısı rolunda çıxış edir. Ona görə İsrailin Azərbaycan ərazisində hansısa əməliyyat hazırlanması haqqında xəbərlər əsassızdır. Bunu dəfələrlə həm Azərbaycanın Prezidenti İlham Əliyev, həm də İsrail dövləti bildirib”.

Biz İranı hər bir nöqtədən izləyə bilərik…

“Onlar artıq başa düşməlidirlər ki, bizim yüksək texnologiyalarımız var. Biz lazım olanda İranı həm kosmosdan, həm su altından, həm də dünyanın bütün nöqtələrindən də izləyə bilərik. Bizim hər yerdə xəfiyyələrimiz var. Dünyada İranı bu terroçu rejimdən xilas etmək istəyən yetərincə qüvvələr var”, – deyə M.Finkel fikrinə aydınlıq gətirib.

İran yoxsul orduya sahibdir…

Ekspert İranın Azərbaycana qarşı səsləndirdiyi təhdidlərdən də söz açıb. O, qeyd edib ki, Azərbaycan İranın bütün təzyiqlərinə layiqincə cavab verəcək qədər güclü bir dövlətdir.

“Bu gün İranın ordusu ancaq quru qoşunlarından ibarətdir. Çünki tətbiq olan sanksiyalar görə, onlar heç bir hərbi texnika əldə edə bilmirlər. Onlar ancaq Şah Pəhləvinin vaxtından qalan təyyarələri və digər texnikalardan istifadə edirlər. Eyni zamanda onların Azərbaycana qarşı etdikləri təzyiqlər həm də qardaş dövlət kimi Azərbaycananın yanında olan dövlətlərə də aiddir. Bu qardaş Türkiyə, Pakistan və İsrail dövlətləridir. Biz hər zaman Azərbaycanın yanındayıq. İran Azərbaycana hücum etsə, qarşısında bu üç dövləti görəcək və onun sonu gələcək”.

İranın təhdidləri hay – küydən başqa bir şey deyil…

Sonda tarixçi ekspert fikrilərini bu sözlərlə tamamlayıb:

“İran çox yaxşı bilir ki, o Azərbaycana qarşı hansısa hərbi əməliyyata başlasa birinci elə orada yaşayan, illərlə diskriminasiya olan azərbaycanlılar ayağa qalxacaq. Bu isə molla rejiminin bitməsi ilə nəticələnə bilər. Ona görə düşünürəm ki, İran Azərbaycana qarşı heç vaxt səhv atdım atmayacaq. Onu da qeyd edim ki, İranın Azərbaycana qarşı etdikləri təhdidlər, klassik şərq bazarlarında səslənən hay-küydən başqa bir şey deyil”.

Paylaş