Son dövrlər Gürcüstanda vəziyyət gərgindir. Mixeil Saakaşvilinin ölkəyə qayıdışı situasiyanı bir qədər də qəlizləşdirib. Bu səbəbdən, vaxtaşırı Gürcüstanı elə gürcü ekspertlərlə şərh edirik. Gürcüstanın eks spikeri Nino Burcanadze saytımıza daha əvvəl özəl açıqlama da verib. Bu dəfə isə sabiq parlement sədri ilə videomüsahibə də ərsəyə gətirdik.

Bizim.Media-nın Nino Burcanadze ilə hazırladığı videomüsahibədə müxtəlif məsələlərə aydınlıq gətirilib.

Jurnalist İmran Eyvazovun sualları arasında bu məsələlər də var:

1. Gürcüstandakı vəziyyəti necə dəyərləndirirsiniz?

2. İvanişvili hökumətinin müsbət və mənfi tərəfləri hansılardır?

3. Saakaşvilini Gürcüstana gəlməyə kim məcbur edib?

4. Mixeilin gələcək taleyi necə olacaq?

5. Gürcüstanda yaşayan azərbaycanlıların qarşılaşdığı problemlər qəsdən icra olunan siyasətdir?

6. Azərbaycan haqqında fikirləriniz nədən ibarətdir?

7. Erməni və azərbaycanlı dostlarınız varmı?

Qeyd edək ki, Nino Burcanadze özü ilə bağlı korrupsiya ittihamlarına da cavab verib. Bununla yanaşı intervüdə onun ailəsi, hobbiləri haqqında da cavalar yer alıb.

Bəzi sual və cavaları isə videonu izləyəcək oxuculara sürpriz kimi saxlayırıq. Yəni, elə nüanslar var ki, onları bilmək üçün yarım saat ayırmağınız kifayətdir.

Özəl videomüsahibəni təqdim edirik:

Paylaş