Türkiyənin Adana şəhərində  meşəlik ərazidə cəsəd  tapılıb. 

Korrupsiya.az xəbər verir ki, polislər cəsədi  tibbi  ekspertizaya göndəriblər. Məlum olub ki, cəsəd  26 yaşlı Akan Çiftçiyə  məxsusdur.  Mərhumun ailəsinə məlumat verilib.  Hadisə  yerinə  gələn oğlanın atası Osman Çiftçi bildirib ki, oğlu koronavirusa  yoluxubmuş. Bundan sonra atanı  nəzarət  alıblar. O, ilkin açıqlamasında oğlunu virusa yoluxduğu üçün evdən qovduğunu  dilə gətirib:

“67 min TL borcu var idi. Hər gün içib evə  gəlirdi. Bir gün gəlib  dedi ki,  koronaya yoluxmuşam.  Evdən qovdum ki, get özün-özünü müalicə et”.

Ata daha sonra sərbəst buraxılıb. Polislər cəsədin tapıldığı ərazidən silah aşkar ediblər. Məlum olub ki, gənc oğlan intihar edib.

Hadisə ilə bağlı cinayət işi açılıb.

Paylaş