Əfqanıstanın paytaxtı Kabildə iki partlayış baş verib.

Korrupsiya.az” xəbər verir ki, partlayışlardan birinin Kabilin şiələrin məskunlaşdığı Deşti Barçi bölgəsində bir avtomobildə baş verdiyi, 1 mülki vətəndaşın öldüyü, 6 mülki vətəndaşın yaralandığı qeyd edilib.

Digər partlayışın isə Karte 3 bölgəsində baş verdiyi bildirilib.

Hadisənin kim və ya kimlər  tərəfindən törədildiyi  məlum  deyil.

 

Paylaş