Ötən ay Gürcüstana bəyan edilməyən xarici valyutaların keçirilməsi ilə bağlı bir neçə cəhdin qarşısı alınıb.
Bu barədə Gürcüstanın Maliyyə Nazirliyinin Gəlirlər Xidməti məlumat yayıb.
Bildirilib ki, gömrük nəzarətindən gizlədilmiş pullar – Tbilisi hava limanı və “Qırmızı körpü” gömrük məntəqəsində Gürcüstan, Qazaxıstan, İran və Küveyt vətəndaşlarında aşkarlanıb. Xarici valyutaların ümumi məbləği 306 400 ABŞ dolları, 90 445 avro və 9 027 Azərbaycan manatı təşkil edib.
Gürcüstan qanunvericiliyinə əsasən, qanunu pozan şəxslər bəyan edilməmiş məbləğin 10 %-i həcmində cərimə olunublar.
///Report
Paylaş