Antalyada tələbə yataqxanasında dəhşətli cinayət hadisəsi  qeydə alınıb. 

Korrupsiya.az Türkiyə  KİV-ə istinadən xəbər verir ki, yataqxanada aşpaz işləyən İhsan Güneylə  tələbə Mehmet Sami Tuğrul arasında mübahisə  yaşanıb. Hadisə  zamanı  ətrafdakı insanlar  onları  ayırmağa çalışsa da,  buna nail ola bilməyiblər.

Əlbəyaxa davadan sonra İhsan tələbənin başını kəsib. Cani şəxs bununla yanaşı, tələbənin başını sinəsinə tikib. Dəhşətli əməldən sonra o, polis tərəfindən saxlanılıb. Polislərə ilkin ifadəsində, aşpaz Mehmetin çox sakit bir tələbə olduğunu dilə gətirib.

Faktla bağlı cinayət işi açılıb. İhan Güney həbs olunub.  Onun barəsində  qətimkan tədbiri seçilib. Araşdırmalar  aparılır.

Qeyd edək ki,  Mehmet Sami Tuğrul Akdeniz Universiteti Kompüter Mühəndisliyi fakültəsinin 1-ci kurs tələbəsi imiş.

 

Paylaş