22-23 yanvar 2022-ci il tarixində Azərbaycan Banklar Assosiasiyası tərəfindən “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu” üzvləri üçün tədbir keçirilib. Tədbirdə Kapital Bank əməkdaşları da iştirak edib.
Korrupsiya.az xəbər verir ki, Kapital Bank tədbir zamanı Visa tərəfindən “Ən innovativ bank” (“The most innovative bank”), “ ApplePay/NFC Pay üzrə lider bank” (“Leadership in tokenization”) və “Regionda VISA B2B Connect platformasına qoşulan ilk bank” (“First Visa B2B Connect service in CEMEA”) nominasiyaları üzrə xüsusi mükafatlara layiq görülüb.
Qeyd edək ki, Visa kartlarını Kapital Bank filiallarında və ya Bankın korporativ saytından onlayn sifariş etmək mümkündür. Kapital Bank Azərbaycan manatı, ABŞ dolları və avro valyutası əsasında ödəniş kartlarını təklif edir.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 104 filialı və 23 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – https://kbl.az/krdt, BirKart sifarişi üçün – https://kbl.az/tkstcrd.