2021-ci ildə Azərbaycanın sənaye zonalarında 2020-ci illə müqayisədə 88,3% çox – 2,4 milyard manatlıq məhsul istehsal olunub.

Korrupsiya.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

“Ötən il sənaye zonalarının qeyri-neft sənayesi istehsalında payı 15,5%-ə yüksəlib, onun artımdakı payı isə 30% təşkil edib. Sənaye zonaları iqtisadiyyatın diversifikasiyasında, xüsusilə qeyri-neft sənayesinin inkişafında mühüm rol oynayır”, – deyə nazir qeyd edib.

Paylaş