Ukraynanın Dnepr şəhərində 5 hərbçini qətlə yetiurən Milli Qvardiyanın 20 yaşlı hərbçisi Artemiy Ryabçuk saxlanılıb.

Korrupsiya.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

***10:10

Ukraynanın Dnepr şəhərində Milli Qvardiyanın 20 yaşlı hərbçisi Artemiy Ryabçuk “AK-47” avtomat silahından yoldaşlarına atəş açıb.

“Unikal” xəbər verir ki, bu barədə Ukraynanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Hadisə nəticəsində 5 nəfər ölüb, 5-i yaralanıb. İnsidentdən sonra əsgər silahla qaçıb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş