Rusiyada bir gündə rekord sayda – 88 816 nəfərdə koronavirus aşkarlanıb. Onlardan 12 807 nəfər xəstəxanaya yerləşdirilib.

Korrupsiya.az xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, Rusiyada son sutkada koronavirusdan ölənlərin sayı daha 665 nəfər artaraq 328 770-ə yüksəlib.

Bununla da Rusiyada koronavirusa yoluxanların sayı 11 404 617 nəfərə çatıb.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 10 129 691 nəfər sağalıb.

Paylaş