Vaşinqtonun Moskvaya qarşı yeni sanksiyalar paketi tətbiq etməsi ABŞ və Rusiya arasında münasibətləri kəsməyə bərabər olacaq”.

Korrupsiya.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov jurnalistlərə açıqlamasında deyib.

“Bu barədə bir neçə dəfə deyilib”, – o bildirib.

S.Lavrova Rusiyanın ABŞ və NATO ilə apardığı müzakirələrə də toxunub.

“ABŞ və NATO ilə danışıqların başa çatdığını deyə bilmərəm. Hazırda Şimali Atlantika Alyansı ilə razılaşmada əldə olunmuş sadə təkliflər öyrənilir”, – nazir söyləyib.

Qeyd edək ki, bundan əvvəl ABŞ dövlət katibinin müavini Viktoriya Nuland bildirib ki, ABŞ Rusiya ilə ikitərəfli formatda, həmçinin NATO və ATƏT platformalarında danışıqları davam etdirməyə hazırdır.

Paylaş