Hondurasın Atlantik bölgəsində yerləşən Atlntida şəhərindəki El Porvenir həbsxanasında məhbuslar arasında qarşıdurma baş verib.

Korrupsiya.az xəbər verir ki, həbsxanada baş verən qarşıdurmada 4 məhbus həyatını itirib, 11-i yaralanıb.

Dəstə üzvləri ilə digər məhbuslar arasında yaranan davadan sonra hadisə yerinə çoxlu təcili yardım və polis qrupları göndərilib.

Hondurasdakı El Porvenir həbsxanasının maksimum tutumu 8 min olsa da, 22 min məhbusun olması həbsxanada daimi qarşıdurmalara səbəb olur.

Paylaş