Azərbaycanın Baş naziri Əli Əsədov Ümumdünya Gömrük Təşkilatının Baş katibi Kunio Mikuriya ilə görüşüb.

Bu barədə Korrupsiya.az a Nazirlər Kabinetindən məlumat verilib.

Görüşdə Azərbaycanda bütün istiqamətlərdə, o cümlədən gömrük sahəsində həyata keçirilən genişmiqyaslı islahatlar barədə söhbət açılıb.

Görüş zamanı Azərbaycan ilə Ümumdünya Gömrük Təşkilatı arasında həyata keçirilən uğurlu əməkdaşlıq yüksək qiymətləndirildi, əlaqələrin inkişaf perspektivləri müzakirə olunub.

Paylaş