Füzuli rayonunda traktor minaya düşüb

Baş Prokurorluğun mətbuat xidmətindən Korrupsiya.az a bildirilib ki, Füzulinin işğaldan azad edilmiş Üçbulaq kəndində əkin işləri aparılan zaman traktorun mina düşməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Nəticədə traktora maddi ziyan dəyib və hər hansı bir şəxs xəsarət almayıb.

Faktla bağlı Füzuli rayon Prokurorluğunda araşdırma aparılır.

Paylaş