İraqın paytaxtı Bağdadın beynəlxalq hava limanı atəşə tutulub.

Korrupsiya.az xəbər verir ki, bu barədə ölkənin təhlükəsizlik qüvvələrinin mətbuat xidməti bildirib.

Qeyd olunur ki, hava limanı ərazisinə altı raket buraxılıb. Raketlərin uçuş-eniş zolağının və aeroport binasının yaxınlığına düşdüyü deyilir. Hadisə nəticəsində xəsarət alanlar olmayıb.

Hazırda insidentlə bağlı araşdırmalar aparılır. Bağdadın qərbindəki Əbu-Qreyb rayonunda raket qurğusu aşkar edilib.

Atəşin kimlər tərəfindən açıldığı məlum deyil

Paylaş