Rəqabət Məcəlləsi çox ciddi bir sənəddir. Bazarda azad rəqabətin təmin olunması, haqsız rəqabətin aradan qaldırılması, monopoliya, inhisarçılığın qarşısını almaq üçün bir addımdır”.
Bunu Korrupsiya.az a açıqlamasında iqtisadçı deputat Vahid Əhmədov deyib. Deputat bildirib ki, Baş nazir Əli Əsədovun göstərişi ilə iqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərliyi ilə belə bir qanun layihəsi hazırlandı:
“Hazırda Məcəllə Maliyyə Nazirliyinə və Ədliyyə Nazirliyinə göndərilib. Onlar baxıb rəylərini verəcəklər. İqtisadiyyat Nazirliyi çox gözəl bir Məcəllə hazırlayıb. Həm də dili başa düşüləndir. Kifayət qədər əhatəlidir. Rəqabət Məcəlləsi Azərbaycanın daxili bazarına müəyyən qədər müsbət təsirini göstərəcək”.