Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 1 307 yoluxma halı qeydə alınıb.

Korrupsiya.az erməni mətbuatına istinadən xəbər verir ki, ölkədə ümumilikdə infeksiyaya yoluxanların sayı 408 381 nəfərə çatıb.

Son sutka ərzində infeksiyadan 15 ölüm halı qeydə alınıb ki, bununla da Ermənistanda indiyədək koronavirusdan ölənlərin ümumi sayı 8 201 nəfərə yüksəlib.

Paylaş