İsrail prezidenti İsaak Hersoq 9-10 mart tarixlərində Türkiyəyə səfər edəcək.

Korrupsiya.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Qeyd olunub ki, bundan əvvəl 16-17 fevral tarixlərində Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın və xarici işlər nazirinin müavini Sədat Önal Fələstin və İsrailə səfər edəcəklər. Nümayəndə heyətini Fələstin lideri Mahmud Abbas qəbul edəcək. Onların digər Fələstin rəsmiləri ilə də görüşləri nəzərdə tutulub.

Nümayəndə heyəti İsrail rəsmiləri ilə görüşəcək və prezident İsaak Hersoqun Türkiyəyə səfərinə hazırlıq məsələlərini müzakirə edəcəklər.

Paylaş