Qarabağda baş verən son hadisələr məhz Ermənistan Silahlı Qüvvələrinin təxribatları və Rusiya sülhməramlılarının öz funksiyalarını tam həcmdə yetirməmələri ilə bağlıdır”.

Bunu “Qafqazinfo”ya hərbi ekspert Ədalət Verdiyev Qarabağda yaşananları şərh edərkən bildirib.

Onun sözlərinə görə, əgər il yarım bundan əvvəl Rusiya sülhməramlıları üçtərəfli bəyanatda (10 noyabrda Azərbaycan-Rusiya-Ermənistan liderlərinin imzaladığı bəyanat – red.) yazıldığı kimi, erməni silahlılarını ərazidən çıxarsaydı, biz bu gün Qarabağda yaşanan gərginlikləri müşahidə etməzdik.

Ekspert qeyd edib ki, hazırda Qarabağ separatçıları daha irimiqyaslı təxribatlara hazırlıq fəaliyyətləri həyata keçirirlər:

“Araik Arutyunyanın separatçı rejimə bağlı olan qüvvələri hərbi vəziyyət rejiminə keçirməsi də məhz bu təxribatlara hazırlığın tərkib hissəsidir.

Əgər Rusiya sülhməramlıları bu təxribatların qarşısını almazlarsa və həmin silahlıları ən qısa müddətdə ərazidən çıxarmazlarsa, o zaman daha genişmiqyaslı erməni təxribatlarının baş verməsi istisna olunmur.

Belə olan vəziyyətdə isə Azərbaycan Silahlı Qüvvələri Respublikanın sərhədləri çərçivəsində, o cümlədən, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə antiterror və ya digər təmizləmə əməliyyatlarını həyata keçirmək məcburiyyətində qalacaq”.

Paylaş