ABŞ-da benzinin orta qiyməti bir qallon (təxminən 4,55 litr – red.) 4,589 dollara yüksəlib. Ötən ilin eyni dövründə bu göstərici 3,043 dollara bərabər idi.

Korrupsiya.az xarici mətbuata istinadən xəbər verir ki, Amerika Avtomobil Assosiasiyasının (AAA) dərc etdiyi son məlumatlara görə, Kaliforniyada ölkədə ən yüksək benzin qiymətləri müşahidə olunmaqda davam edir – burada hər qallon üçün benzinin qiyməti 6,061 dollar təşkil edir. Ən yüksək qiymət isə Mono dairəsində müşahidə olunur. Burada bir qallon benzinin qiyməti 7,058 dollardır.

Kaliforniyada tarixdə ilk dəfə benzinin orta qiyməti bir qallon üçün altı dolları ötüb. Orta qiymətlərin hər qallon üçün dörd dollardan aşağı olan son üç ştatda da (Corciya, Kanzas və Oklahoma) bu hədd aşılıb.

Paylaş