The New York Times” qəzeti Kiyev vilayətinin Buça şəhərinin işğalı zamanı rus hərbçilərinin törətdiyi vəhşiliklərə dair yeni sübutlar dərc edib.

Korrupsiya.az “The New York Times”a istinadən xəbər verir ki, nəşr rus hərbçilərinin ukraynalıları necə öldürdüyünü göstərən videoları təhlil edib.

Martın 4-də müşahidə kameralarına düşən ilk videoda rus hərbçilərinin doqquz ukraynalı məhbusu apardığı görünür. Əsgərlər həmin şəxsləri müvəqqəti qərargahlarının yerləşdiyi ofis binasının kənarına çıxarıb və güllələyiblər.

Bir gün sonra, martın 5-də drondan çəkilmiş video bu sübutu təsdiqləyir.  Yablunskaya küçəsindəki binanın yanında yerdə uzanmış meyitlər və yaxınlıqda iki rus əsgərinin dayandığı görünür.

Paylaş