Göygöldə avtomobil qəzası zamanı xəsarət alanlardan daha biri xəstəxanada dünyasını dəyişib.

Korrupsiya.az xəbər verir ki, bununla da ölənlərin sayı 6 nəfərə çatıb.***

23:59

Göygöl rayonunda ağır yol qəzasında ölənlərin sayı artıb.

Korrupsiya.az xəbər verir ki, xəsarət alanlardan daha biri dünyasını dəyişib.

Bununla da ölənlərin sayı 5 nəfərə çatıb.

xxx

23:31

Göygöl rayonunda dörd nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Korrupsiya.az report-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Göygöl rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Yük avtomobili ilə “VAZ-2107″nin toqquşması nəticəsində bir ailənin 4 üzvü – ata, ana, 18 aylıq körpə və bir qadın dünyasını dəyişib. Hazırda onların şəxsiyyəti dəqiqiləşdirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Paylaş