Bakıda toyda bıçaqlanan məşhur tamada Natiq Dağlaroğlunun səhhəti ilə bağlı son durumu açıqlanıb.
Korrupsiya.az xəbər verir ki, onun oğlu Məhəmməd İsaq Oxu.Az-a açıqlamasında bildirib ki, toy bitəndən sonra kənar şəxslər onun atasını bıçaqlayıblar:Toydan sonra atam musiqiçiləri yola salan zaman kənardan bir adam gəldi, kobud danışdı. Atam da ona dedi ki, adam özündən böyük şəxslə belə danışmaz. Bu zaman atama arxadan beş-altı, mənim də döş qəfəsimdən və belimdən bıçaqla zərbə vurdular. Atamın vəziyyəti orta ağırdır. Reanimasiyadadır”.

***

09:12

Paytaxtın Nizami rayonunda bıçaqlanma hadisəsi baş verib.

Korrupsiya.az xəbər verir ki, məclis aparan Mehdiyev Yaqub İsaq oğlu toyda qonaq olan şəxsin hücumuna məruz qalıb. O, bel nahiyəsindən bıçaqlanıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, bıçaqlanan Y.Mehdiyev Natiq Dağlar oğlu təxəllüsü ilə tanınan tamadadır

Paylaş