Şirvanda mikroavtobusdan 10 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə Korrupsiya.az a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumata verilibBildirilib ki, Baş Cinayət Axtarışı İdarəsi və Şirvan Şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində 2020-ci ilin dekabr ayında Şirvan şəhəri ərazisində “Mercedes” markalı bir mikroavtobusdan 10.300 manat pul oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş E.Səməndərli saxlanılıb.

Paylaş