Korrupsiya.az xəbər verir ki, “Sərhədçi idman klubu”nun idmançısı dəfələrlə bir çox yarışların qalibi olan Elşad Şahbazov növbəti uğurunu qazanıb.

Belə ki, 2 iyul ölkəmizdə keçirilən, Sərhədçi idman olimpiya kompleksində baş tutan 8 türk bütün dünyaya qarşı “Qarabağ Zəfər Gecəsi” adlı kikboxsinq yarışı keçirilib.

Yarışda 75 kiloqram çəki dərəcəsində rinqə çıxan Elşad Şahbazov bütün rəqiblərini məğlub edib.

Bununla da, idmançımız fəxri kürsün ən yüksək pilləsinə qalxıb.

Xatırladaq ki, bir müddət öncə keçirilən turnirdə qalib olan Elşad Şahbazovu Dövlət sərhəd xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev qəbul etmişdir. İdmançımızı təltif edərək öz tövsiyələrini, və təbriklərini çatdırmışdır.

Qeyd etmək istəyirik ki, Elşad  Şahbazovun baş məşqçisi Dövlət sərhəd xidmətinin zabiti mayor Fuad Zeynalovdur.

 

Paylaş