Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində müxtəlif vaxtlarda paytaxt sakini olan 4 qadının bank hesablarından dələduzluq yolu ilə pul çıxarmaqda şübhəli bilinən Gədəbəy rayon sakini O.Hüseynov saxlanılıb.

Bu barədə Korrupsiya.az a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, polis əməkdaşları tərəfindən onun daha bir qadının bank hesabından 1000 ABŞ dolları oğurlaması da müəyyən olunub.

Faktla bağlı araşdırma aparılır.

Paylaş