Yeni il qabağı Rusiya prezidenti Vladimir Putin Ukraynadakı hərbi əməliyyatların başa çatdığını elan edə bilər”.  

Korrupsiya.az  xəbər verir ki, bunu türkiyəli analitik Erkan Altparmak yerli KİV-lərdən birinə müsahibəsində deyib.

Onun sözlərinə görə, Qərb ölkələri Yeni ildən əvvəl Moskva və Kiyevi danışıqlara başlamağa sövq edə bilərlər:

“Hesab edirəm ki, vəziyyətin normallaşması çox tez, yaxın iki-üç ay ərzində başlaya bilər. Hazırda Qərbin və Kiyevin hərəkətləri çox önəmlidir. İstər sülh, istərsə də qeyri-sabitlik, bu, həmişə diqqətdə saxlanılmalıdır”, –  Erkan Altparmak bildirib.

Paylaş