Azərbaycanda Spinomuskular atrofiya (SMA) xəstələrinin müalicəsinin dövlət büdcəsi tərəfindən qarşılanması təklif edilib.

Korrupsiya.az  xəbər verir ki, bu təkliflə Milli Məclisin bu gün keçirilən iclasında deputat Elşad Mirbəşir çıxış edib.

O bildirib ki, rəsmi statistikaya görə, ölkədə həmin xəstəlikdən əziyyət çəkən 28 uşaq var.

O qeyd edib ki, həmin xəstələrin müalicəsi olduqca bahalıdır və bu da valideynlər üçün ciddi problem yaratmış olur: “SMA xəstəlikli uşaqlar nəzarətə götürülsün. Artıq həmin xəstəliyin ineksiya yolla müalicəsi mümkündür. Bir ineksiya da 2 milyon dollara başa gəlir”.

Qeyd edək ki, Spinomuskular atrofiya (SMA) südəmər yaşda olan körpənin və uşaqlıq çağınin genetik motor neyron xəstəliydir. Ən şiddətli forması körpələrdə görünür. Onurğa beyin və beyin kötüyü motor neyronların degenerasiyası proqressiv əzələ zəifliyinə gətirib çıxarır.

Paylaş