Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyanın (AKTA) fəaliyyət istiqamətlərindən biri də kibertəhlükəsizlik sahəsində mövcud olan beynəlxalq reytinq və hesabatlarda Azərbaycan Respublikasının mövqeyinin daha da yaxşılaşdırılmasına dair çoxtərəfli dəstəyin verilməsidir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən kibertəhlükəsizliyin bütün sahələrdə inkişaf etdirilməsi, xüsusilə kritik informasiya infrastrukturlarının kibermüdafiə qabiliyyətinin gücləndirilməsinin ölkəmiz üçün son dərəcə önəmli məsələlər sırasında olduğunu, həmçinin Azərbaycanda kibertəhlükəsizliklə bağlı görülən mühüm işlərlə yanaşı, gələcəkdə də bu sahənin inkişafına böyük önəm veriləcəyi dəfələrlə qeyd edilmişdir.
Rəqəmsal inkişaf və kibertəhlükəsizliyin təmin olunması sahəsində həyata keçirilən uğurlu fəaliyyətlər AKTA-nın müvafiq indikatorlar üzrə əsaslandırılmış təqdimatı nəticəsində Azərbaycanın qlobal mövqeyinin daha da yaxşılaşmasına səbəb olmuşdur.

Paylaş