“Korrupsiya.az” informasiya agentliyinə şikayət edən vətəndaş bildirir ki, internet pulumuzu hər ay vaxtı ilə ödəsəkdə, şirkət bizlə rəsmən el dilində desək məzələnir.
Xətai rayon N.Əliyev 28 ünvanında yaşayan vətəndaş iddia edir ki, bu şirkət nə şikayətdən, nə vətəndaşın harayından nədə ki, ölkə qanunlardan belə çəkinmir.
Öz öhdəliklərini yerinə yetirməməklə müştəri hüquqlarını kobud şəkildə pozan şirkətlərdən biri də “City net” şirkətidir ki, istifadəçilər daim bu şirkətin xidmətindən narazılıq edirlər. Müştərilərə normal xidmət göstərə bilməyən “City net”dən şikayətlər günü-gündən daha geniş miqyas alır.
Maraqlı tərəfi odur ki, şirkət mənfi xidmətindən,nəticə çıxarıb keyfiyyətini artırmaqdansa, müştəri haqqına girməkdə hələdə davam edir
Vətəndaş bizimlə söhbətində bu şirkətin rəhbərinin hara, kimə arxayın olduğunu bilmədiklərini, ancaq müştərilərə qarşı açıq saymazlıq etdiyini bildirdi. “City net”in qurbanı onu da qeyd etdi ki, şirkət rəhbərliyi onu da unutmasın, ölkə başçısının təbirincə desək, bu ölkədə toxunulmaz, imtiyazlı şəxs yoxdur, ona görə də şirkət rəhbərliyi də toxunulmaz olduğunu düşünməsin.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq
Mövzunu diqqətimizdə saxlayacağıq